Azərbaycanda ötən gecə iki zəlzələ olub
Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında deyilir.
Yerli vaxtla 06:09-da qeydə alınan yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.
Qeyd edək ki, bu gün saat 00:58-də Masallı rayonunda da zəlzələ baş verib.