Ermənistan Zəngəzur yolunu Azərbaycana icarəyə versin – Saakaşvilidən təklif
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistan və Azərbaycan hakimiyyətinə müraciət edərək, Zəngəzur dəhlizi ilə bağlı yeni təklif irəli sürüb.
Saakaşvilin feysbyk səhifəsində dərc edilən bu təklif Ermənistan və Gürcüstan mediasında gündəm olub.
“Azərbaycan və Ermənistan rəhbərliyinə: Hazırda biz Cənubi Qafqazda potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik, xüsusən də Azərbaycanın Naxçıvandakı ərazisinə birbaşa qurudan çıxışını təmin edəcək dəhlizlə bağlı. Etiraf etmək lazımdır ki, Rusiyanın bu münaqişənin alovlanmasında xüsusi marağı var. Belə bir müharibə Azərbaycanın beynəlxalq reputasiyasına xələl gətirməklə yanaşı, Ermənistanda hakimiyyət dəyişikliyinə də səbəb ola bilər. Lakin bu məsələnin güc tətbiqini nəzərdə tutmayan alternativ həll yolları var.
Mən Azərbaycan və Ermənistan rəhbərliyini, mümkün nümunə kimi, Ukrayna və Moldova arasında mövcud olan bir sazişi nəzərdən keçirməyə çağırıram. İki ölkə bir-birinin sərhədlərini qarşılıqlı tanıyaraq müsbət qonşuluq münasibətlərini qoruyur. Ukraynanın Odessa şəhərindən Odessa vilayətinin cənub hissəsinə çıxış təmin etməyə çalışdığı bir ssenaridə Moldova Dnestr bölgəsindən keçən yolu icarəyə verməyə razılıq verdi. Odessanın qubernatoru olduğum dövrdə Bessarabiyaya getmək lazım olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında olan bu icarəyə götürülmüş yoldan istifadə edirdim (onu təmir dəetmişəm) . Moldova bu sazişdən kommersiya baxımından faydalanır.
Azərbaycan və Ermənistan arasında vəziyyətin oxşar həllini tətbiq etmək hər iki ölkə üçün faydalı olardı. Ermənistan kommersiya və maliyyə faydaları ilə yanaşı, həmçinin mühüm tranzit yollarına çıxış əldə edə bilər. Bundan əlavə, Azərbaycan Rusiya qoşunlarının davamlı mövcudluğu zərurətindən qaça bilərdi ki, bu da son nəticədə iki ölkə arasında dinc yanaşı yaşamağa gətirib çıxaracaq”.
Basta