Tbilisidə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat çəkib
Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxrani saray kompleksində görüş keçiriblər. Bu barədə oktyabrın 27-də Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Danışıqların təfərrüatı açıqlanmır. Lakin Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.
Xatırladaq ki, hər iki baş nazir regionun nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş beynəlxalq “İpək Yolu” konfransında iştirak etmək üçün Tbilisiyə gəliblər.
Turan