Müsavat başqanının oğlu həbs edildi

Müsavat Partiyasının başqanı Arif Hacılının  oğlu Orxan Hacılı həbs edilib.

Bu haqda Müsavat başqanı özünün feysbuk səhifəsində yazıb.

“Haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar.
Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb. Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür” – deyə, Arif Hacılı bildirib.

“Bir dəfə də demişəm.
Mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladıarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır” – deyə, Müsavat başqanı vurğulayıb.

Orxanın Hacılınin Yasamal Rayon Polis İdarəsində olduğu, barəsində 48 saat tutma qərarı çıxarıldığı bildirilir.

Basta