Azərbaycan İsraildən 1,2 milyard dollara hava hücumundan müdafiə sistemi alacaq
Defense Industry Europe nəşrinin məlumatına görə, bir neçə ay öncə İsrail Aerospace Industries (IAI) şirkəti Azərbaycanda Barak MX sistemlərinin uğurlu nümayişini keçirib.
Azərbaycanın rəsmi hesabatına görə, sınaqlar Barak MX sisteminin müxtəlif versiyalarının dəfələrlə buraxılışını əhatə edib.
İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri artıq bir neçə ildir ki, Azərbaycanda istifadə olunur, lakin son nümayiş modernləşdirilmiş versiyaya aiddir.
Barak MX raket və aviasiya təhdidlərilə mübarizə üçün nəzərdə tutulmuş modul hava hücumundan müdafiə sistemidir. Həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir.
Xatırladaq ki, sentyabrın 13-də Müdafiə Nazirliyi bu sistemin Azərbaycanda İldirim – ER adı ilə sınaqdan keçirilməsi barədə məlumat verib.
* Barak MX 16 kilometrədək yüksəklikdə 35, 70 və 150 kilometr məsafəli 3 raket növündən istifadə edə bilər. Təyyarə, pilotsuz uçan aparat və raketləri aşkar və müəyyə edə, vura bilər.