Krım tatarlarının liderinə Ukrayna Qəhrəmanı adı verildi

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının lideri, xalq deputatı Mustafa Cemilevə Ukrayna Qəhrəmanı adı verib və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

“Bu gün Mustafa Cemilovun 80 yaşı tamam oldu, onu təbrik etdim, Ukraynanın və Krım tatar xalqının azadlığını müdafiə etdiyinə görə təşəkkür etdim. Onu Ukrayna Qəhrəmanı adı ilə təltif etdim”, – deyə Zelenski bildirib.

Bu barədə Krım Tatar Xalqı Məclisinin sədri Refat Çubarov da məlumat verib.

Qeyd edək ki, Mustafa Cemilev Krım tatarəsilli siyasi və ictimai xadim, 1991-2013-cü illərdə Krım Tatarları Məclisinin sədri, keçmiş sovet dissidentidir.

Oxu.az (mənbə: pravda.com.ua)