Müxalifət seçkidə iştirak etməlidirmi? Sorğunun nəticələri
Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin olunması, müxalifətin bu seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrə səbəb olub.
Azərbaycanda demokratik seçkilər üçün şərait olmadığını, repressiyaların davam etdiyini, seçki komissiyalarının hakim partiyanın nəzarətində olduğunu önə çəkənlər bu seçkilərdə müxalifətin iştirakına qarşı olduqlarını bildirirlər. Məsləyə başqa nəzər nöqtəsindən baxanlar isə, müxalifətin prosesə qoşularaq seçki kampaniyası dövründə pulsuz efir vaxtı və seçicilərlə görüşlərdən istifadə edərək cəmiyyəti fəallaşdırmaq üçün səy göstərməsini təklif edirlər.
“Basta”nın feysbuk səhifəsində “Müxalifət seçkidə hansı mövqeyi tutmalıdır” sualı ilə sorğu keçirilib. Üç gün ərzində davam edən açıq sorğuda 403 nəfər feysbuk istifadəçisi iştirak edib. Onların arasında xeyli tanınmış simalar – müxtəlif siyasi partiyaların funksionerləri, jurnalistlər və ictimai fəallar var.
Sorğuda iştirak edənlərin 42 faizi müxalifətin seçkidə iştirakına tərəfdar olduğunu, 47 faiz isə bunun əleyhinə olduğunu açıqlayıb. Sorğu iştirakçılarının 11 faizi cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Basta