Rusiyada yumurta böhranı: Moskva Azərbaycandan və Türkiyədən kömək istəyib
Azərbaycan Respublikasından Rusiya Federasiyasına yumurta ixracına başlanılıb.
Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 19-da “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.
Qeyd edək ki, noyabrdan başlayaraq Rusiyada yumurta qıtlığı yaranıb. Yumurtanın qiymətinin sürətlə artması narazılığa səbəb olub. Rusiya prezidenti Vladimir Putin canlı yayımda onф ünvanlanan suala cavab olaraq öllkəsində yumurta böhranının yarandığını etiraf edib. Rusiyanın böhranı aradan qaldırmaq üçün Türkiyədən də kömək istədiyi bildirilir.
Basta