İndi necə, Zori Balayan, yenə özündən razısan?

1988-ci il fevralın soyuq günlərindən biri idi. Səhər tezdən kəndlərarası marşrut avtobusu ilə rayon mərkəzinə işə gedirəm. İnsanlar həyəcanla danışırlar ki, Stepanakertdə (Xankəndi) parlamentdə ermənilər sessiya çağırıblar. Tələb qoyublar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti rəsmən Ermənistan SSR-ə verilsin. O da deyilirdi ki, bu işlərin təşkilatçısı Zori Balayandır…

Həmin dövrdən 30 il keçsə də, baş verən faciələrin hər bir anı əbədi olaraq yaddaşa həqq olunub. Bizə kommunist partiyasının tarixi məcburən əzbərlətdirilən zaman, əsli-kökü “Bala”-dan gələn bu erməni guya öz xalqına dərindən ürək yandırıb, ona xilaskarlıq edirmiş. Mən indi fikirləşirəm ki, yəqin elə o vaxt Bakıdan birbaşa bu şəhərə qazın da, qatarın da çəkilməsi bu Balayanın gərgin əməyinin nəticəsi olmuşdu.

Sonralara 30 ilik işğala məruz qalan o bölgələrin əhalisi həmin vaxt qızınmaq üçün çır-çırpı yandıranda Azərbaycanda vəzifə başında oturan bizim “qeyrət” sahibləri hər kəsə bəlli olan rüşvət mexanizmini var gücləri ilə işə salaraq zavallı camaatın qanını sorur, erməni əhalisi qarşısında qorxudan tir-tir əsirdilər. 1990-cı ildə 20 Yanvar və 1992-ci ildə Xocalı soyqırımlarının törədilməsi  həmin kadrların psixoloji olaraq sovet rəhbərliyindən asılı olmalarının nəticəsi idi.

Balayan cənabları, yəqin sən də bu qoca vaxtında dünyanın indiki vaxtını seyr edirsən. Yenədəmi özündən razısan, iftixar hissi keçirirsən əməllərini götür-qoy edəndə? Daxilinizdə tükənməyən nifrət hissi ilə Xocalıda dərənin yamacında kuklasını qucağına sıxmış körpə qızı, əli əsalı ağsaqqalı gülləbaran etdirmişdiz. Bəs sonra nələr oldu? O ürək yanğısı ilə yanaşdığın öz millətinizin yüz minlərlə gəncini də məhv etmədinmi? Onlar öz ömürlərini yaşamaq üçün yaranmışdılar. İdbar erməni xislətinlə onları məhv etdin. Bütün bunlardan sonra sən bir canlı olaraq necə nəfəs ala bilirsən?

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında beynəlxalq təşkilatlar Azərbaycan Xalq Cümhuriyyətinə indiki dillə desək sanksiya tətbiq etmək yolu ilə İrəvan xanlığını ermənilərə yazıq millət kimi yanaşdıqları üçün verdilər. Amma sənin kimilərinin hərisliyi o yerə gəlib çatdı ki, Azərbaycanı bütünlüklə özününzünki hesab etdiniz. İndi də qeyri-insani zehniyyətinlə Dağlıq Qarabağın erməni əhalisini Avropaya çağırıb, separatçılıq təlimlərinə yönəldirsən. Xislətindən irəli gələn işlərdir, təbiidir. Lakin sizlər Azərbaycan xalqı qarşısındakı mənəvi məsuliyyətdən yayına bilməyəcəksiz, üstəlik xarabaya çevirib, minaladığınlz torpaqlar üçün maddi təzminat ödəyəcəksiz.

Nəzakət Muradova

19 dekabr 2023-cü il