Böyük Britaniya Ukraynaya 3,2 milyard dollarlıq yardım paketi ayırır

Böyük Britaniyanın baş naziri Rishi Sunak Kiyevə uçur və burada 2024-cü ildə 2,5 milyard funt-sterlinq (təxminən 3,2 milyard dollar) məbləğində yeni yardım paketini elan edəcək. Britaniya hökumətinin saytında verilən məlumata görə, bu məbləğ əvvəlki iki illə müqayisədə 200 milyon funt-sterlinq (255 milyon dollar) çoxdur.

“Meduza”nın verdiyi məlumata görə, bu yardım paketi çərçivəsində digər avadanlıqlarla yanaşı, Ukraynaya Böyük Britaniyada istehsal olunmuş uzun mənzilli PUA-lar – kəşfiyyat, hücum və dəniz dronları təqdim olunacaq. 

Basta