Səbuhi Məmmədlinin ürəyi dayanıb, həkimlər həyata qaytarıb – TƏBİB
Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.
“Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir”.
Qeyd edək ki, Səbuhi Məmmədli xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində hemodializ müalicəsi alır.
Xatırladaq ki, S.Məmmədli diabet və dializ xəstəsidir. Onun hər iki ayağı amputasiya olunub.
Modern.az