Pakistan İran ərazisinə aviazərbələr endirdi
Pakistan ordusu bu gün səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.
Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.
Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib
“Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda bir neçə terrorçu məhv edilib”, – məlumatda vurğulanır.
İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
***
Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıdıb.
Onun sözlərinə görə, İranla yaranmış gərginliyə görə Baş nazir Davos səfərini yarımçıq qoymaq qərarına gəlib.
XİN sözçüsü əlavə edib ki, Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirilən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq qayıdıb.
Günaz TV