Müsavat Divanının gündəliyi

İclasda Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə bağlı yanvarın 30-da saat 14:00-da Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulan Dəyirmi Masa, yanvarın 31-də saat 12:00-da isə Novxanıda keçirilməsi nəzərdə tutulan anım mitinqinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. 

Şirvan şəhər təşkilatının seçkili orqanlarının buraxılması və müvafiq təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edilib. 

Partiyanın nizamnaməsini pozduqlarına görə Əhməd Cəlaloğlu, Əli Quliyev və Əbülfəz Sadıqbəyli partiya sıralarından xaric ediliblər.

Ölkədə və regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda cari məsələlər müzakirə olunub.   

Basta