Ukrayna Krıma və Rusiyanın 4 vilayətinə PUA-larla hücum edib

Ukrayna ordusu işğal altındakı Krım yarımadasına və Rusiyanın daha 4 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Krım səmasında 11, Belqorodda 5, Bryanskda 3, Kaluqa və Tula vilayətlərinin hər birində isə 1 PUA məhv edilib.

Məlumata görə, infrastruktura ziyan dəyməyib, ölən və yaralanan olmayıb.

Gunaz TV