Sevastopolda Rusiyanın iki desant gəmisi vurulub – Ukrayna MN
Ukraynanın müdafiə qüvvələri işğal altındakı Sevastopolda iri desant gəmiləri “Yamal” və “Azov”u, həmçinin Rusiya Qara Dəniz Donanmasının rabitə mərkəzini və bir sıra infrastruktur obyektlərini vurub.
“Ukrainska paravda”nın məlumatına görə, “Yamal” 1987-ci ildə Polşada dizayn edilmişdir. Ekipajın sayı 98 nəfər, uzunluğu 112,5 metrdir.
“Azov” desant gəmisinin isə ekipaj üzvlərinin sayı 87 nəfər, uzunluğu 112 metrdir.
Gəmi mina sahələrinin salınması, humanitar yardımların çatdırılması və əhalinin təhlükəli ərazilərdən təxliyəsi üçün istifadə oluna bilər.
Gəmi müxtəlif yüklərin daşınmasında istifadə edilə bilər, məsələn, 150 desant qoşunu və 40 nəfərlik ekipajla 10 ədəd tank daşıya bilər.
Xatırladaq ki, martın 23-ü axşam saatlarında Rusiyanın Qara dəniz donanmasının işğal olunmuş Sevastopoldakı əsas rabitə mərkəzinin raketlərlə vurulması ilə bağlı xəbərlər yayılıb.