Ermənistan polisi Əskipara və Bağanis Ayrımda silahları toplayır

Ötən gün Ermənistan polisi Azərbaycanın işğal altında olan Əskipara və Bağanis Ayrım kəndlərində əməliyyat keçirib.

“Hraparak” qəzeti hadisə şahidlərinə istinadən bildirir ki, son günlər Azərbaycandan hücum olacağı barədə məlumatlar yayılıb. Başqa rayonlardan olan bir qrup silahlı şəxs həmin kəndlərin sakinlərini müdafiə etmək adı altında əraziyə gəlib. Lakin polis onlardan 5-6 nəfəri saxlayıb və qanunsuz silah gəzdirməkdə ittiham edib.

Qəzet yazır ki, bundan sonra üç nəfər yerli sakin əl qumbaraları ilə polis şöbəsinə hücum edib. Onlar tutulanların buraxılmasını tələb edib, əks təqdirdə polis şöbəsini partladacalarını bildiriblər. Qumbaralardan birinin partlaması nəticəsində etirazçılardan ikisi yaralanıb. Onlar Tavuş rayonunun xəstəxanasına yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Basta