Müsavat Divanının gündəliyi
Müsavat Partiyası Divanının aprelin 8-də keçirilən növbəti iclasıında əvvəlcə görülən işlər haqda məlumat dinlənilib. Bu haqda partiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son həftə ərzində Müsavat Partiyasının Nərimanov, Kəlbəcər, Zəngilan və Şəmkir rayon təşkilatlarında yığıncaqlar keçirilib, qurultaya nümayəndələr seçilib. Ümumilikdə indiyədək 57 rayon və şəhər təşkilatında iclaslar keçirilib, qurultaya 329 nəfər nümayəndə seçilib. Qurultayın may ayının 4-də keçirilməsi qərara alınıb, müvafiq tapşırıqlar verilib.
İclasda Ermənistan, ABŞ və Aİ rəsmilərinin Brüsseldə keçirilən görüşü, eləcə də ölkədə və dünyada baş verən digər hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.