Zelenski: “Putinin toxunduğu hər şey xarabalığa çevrilir”

Ukrayna prezidenti Volodimir Zelenski son videomüraciətində qeyd edib ki, Rusiya silahlı qüvvələrinin Xarkov şəhərini atəşə tutmasının məqsədi insanların burada yaşamasını mümkünsüz etməkdir.

“Putinin toxunduğu hər şey xarabalığa çevrilir”, – deyə prezident izah edib.

O, həmçinin qeyd edib ki, Ukrayna mümkün qədər çox şəhər və qəsəbənin Rusiya təcavüzündən qorunması üçün mümkün olan hər şeyi edəcək.

Ayxan Hacıbəyli