Natiq Ulubəy Müsavatın başqanlığına namizədliyini irəli sürdü

Müsavatın Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəy partiyanın başqanlığına öz namizədliyini irəli sürüb.

“Bu gün rəsmi olaraq Müsavat Partiyasının Başqanlığına öz namizədliyimi irəli sürdüm.
Tanrı Müsavatı Qorusun!” – deyə, Natiq Ulubəy özünün feysbuk hesabında yazıb.

Natiq Ulubəy 1964-cü ildə anadan olub. Anadolu Universitetinin məzunudur.

Qeyd edək ki, Müsavatın növbəti 11-ci qurultayının mayın 4-də keçirilməsinə qərar verilib. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tədbirinin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Paytaxt rəhbərliyi Müsavatın müraciətinə hələlik cavab verməyib.

Basta