Rusiyanın Cankoydakı hərbi aerodromu vuruldu – Video

Aprelin 17-nə keçən gecə Rusiya tərəfindən ilhaq olunmuş Krımın Cankoy şəhərindəki hərbi aerodromda partlayışlar baş verib.  “Meduza” mənbələrə istinadən xəbər verir ki, aerodromda Rusiyaya məxsus hərbi helikopterlər və hava hücumundan müdafiə qurğuları olub.

Cankoy-Feodosiya avtomobil yolunun bir hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

“Baza” teleqram kanalı yazır ki, Cankoy aerodromuna ballistik raketlərlə hücum edilib. Ümumilikdə, ilkin məlumatlara görə, aerodroma yeddi və ya səkkiz raket atılıb.

Ayxan Hacıbəyli

Basta