Putin razılaşıb: Ermənistanla Azərbaycan sərhədindən Rusiya hərbçiləri “çıxarılacaq”

Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılıq əldə olunub, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Videonu YouTube kanalımızda izləyin.

Daha əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan rusiyalı hərbçilərin Qeğarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarıldığını bəyan edib.

Peskovun sözlərinə görə, 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra rayonlarında yerləşdirilib.

“Paşinyan deyib ki, bu gün dəyişmiş şəraitlərdə artıq buna ehtiyac yoxdur, ona görə də Prezident Putin razılaşıb və bizim hərbçilərin və sərhədçilərimizin çıxarılması razılaşdırılıb”, – o deyib.

Eyni zamanda, Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, yenə də Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.

“Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər”, – Peskov əlavə edib.

Ümumiyyətlə, Kreml nümayəndəsinin sözlərinə görə, Putinlə Paşinyan arasında görüşdə, əsasən ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası müzakirə olunub.

BBC