Yerevanda etirazçılar yolları bağladı – polis hərəkətə keçdi

Bazar ertəsi səhər tezdən Yerevanın müxtəlif yerlərində itaətsizlik nümayişləri keçirilir. Paytaxtın müxtəlif yerlərində etirazçılar yolları bağlayaraq, nəqliyyatın hərəkətini iflic etməyə çalışırlar.

Bir gün əvvəl Respublika meydanında keçirilən mitinqdə çıxış edən Tavuş yeparxiyasının başçısı Baqrat Qalstanyan bildirib ki, yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır.

“Biz onlara təzyiq göstərməliyik, işə gəlmələrinə imkan verməməliyik, çünki onların işi yoxdur, uzun müddətdir bu işdən uzaqlaşdırılıblar, heç nəyə görə məsuliyyət daşımırlar. Həm mənəvi, həm də hüquqi cəhətdən özlərini məmur olmaq hüququndan tamamilə məhrum etdilər”, – arxiyepiskop deyib.

Yerevanda nəqliyyatın hərəkətini təmin etmək üçün polis hərəkətə keçib. 240 etirazçının saxlandığı bildirilir.

 

Xatırladaq ki, dünən keçirilən mitinqdə hərəkatın baş nazir postuna namizədinin Baqrat Qalstanyan olduğu açıqlanıb. O, 30 illik kilsə xidmətinin dayandırılması üçün katolikoslara müraciət edəcəyini bildirib.

Bazar günü keçirilən mitinqdə 20 mindən çox etirazçının iştirak etdiyi, polisin dinc aksiyaya müdaxilə etmədiyi bildirilir.

Basta