Xarkovda hipermarketin bombalanması nəticəsində ölənlərin sayı 16-ya çatdı
Mayın 25-də Xarkovda “Epicenter” hipermarketinə Rusiya zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb, Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.
Xarkov vilayət prokurorluğu daha əvvəl 13 nəfərin öldüyünü, onlardan 10-un şəxsiyyəti məlum olmadığını bildirmişdi.
43 nəfər yaralanıb. Ölənlər arasında 14 yaşlı yeniyetmənin də olduğu bildirilir. Ümumilikdə, prokurorluğun məlumatına görə, mayın 25-də Rusiyanın zərbələri nəticəsində 68 nəfər yaralanıb.
Ayxan Hacıbəyli
Basta