Ərdoğan CHP-nin qərargahında
İyunun 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının mərkəzi qərargahını ziyarət edib.
“Cümhuriyyət” qəzetinin verdiyi məlumata görə, Ərdoğan burada CHP sədri Özgür Özəl ilə görüşüb.
Qeyd edək ki, Türkiyədə bu il 31 mart tarixində keçirilən bələdiyyə seçkilərində CHP qələbə qazanıb.
Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə məğlub olub.