Müsavatda növbəti gizli səsvermə
Sentyabrın 28-də Müsavat Partiyası Məclisinin növbəti yığıncağı keçirilib.
İclasda növbədənkənar parlament seçkiləri və seçkilərdən sonrakı siyasi durumu müzakirə edilib.
Bu haqda Məclisin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb: “Yeni şəraitdə fəaliyyət istiqamətlərimizi müəyyənləşdirdik”.
Toplantıda Məclisin komissiyaları yaradılıb.
Gizli səsvermə yolu ilə Almaz Əliqızı, Könül Alı, Yisif Mehdi, Nemət Kərimli, Nizami Osmanuşağı, Mustafa Hacılı, Dadaş Əhmədli, Hidayət Allahverdi və Fərman Quliyev yeni yaradılan komissiyaların sədrləri seçiliblər.
“Məclis son seçki kampaniyasında partiya strukturlarının fəaliyyətinə qiymət verməklə yanaşı, gözlənilən bələdiyyə seçkilərinə hazırlıq işləri ilə əlaqədar qərarlar qəbul etdi” -deyə, Arif Hacılı bildirib.