Müsavat Divanının gündəliyi

Sentyabrın 30-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Toplantıda Müsavat Partiyası Məclisinin sentyabrın 28-də keçirilən sessiyasında qəbul olunan qərarlar və Şəhidlərin Anım Günündə ikinci Fəxri Xiyabanın ziyarət olunması barədə məlumat verilib.

Divan 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlərin keçirilməsi, o cümlədən mərhum İstiqlalçı millət vəkili Məryəm Həsənovanın kitabının təqdimat mərasiminin təşkil olunması haqqında qərar qəbul edib.

İclasda ölkədə və regionda gedən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Qanunsuz olaraq həbs olunan Tofiq Yaqublunun məhkəməsi, digər siyasi məhbusların durumu haqqında məlumat dinlənilib.

Sonda cari məsələlər müzakirə olunub.