Vidadi İsgəndərli öldürülüb

Bakı vaxtı ilə saat 13:15-də siyasi mühacir Vidadi İsgəndərli Fransanın Müluz şəhərində xəstəxanada dünyasını dəyişib. Bu barədə Turan agentliyinə onun qardaşı Oktay İsgəndərli məlumat verib.

Həkimlərin sözlərinə görə, qan itkisini dayandırmaq və normal nəfəs alma ssitemini bərpa etmək mümkün olmayıb.

Mərhumun dəfn mərasimi müvafiq məhkəmə-tibbi ekspertizadan sonra, təxminən bir həftə sonra baş tutacaq,  deyə qardaşı bildirib.

***

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.

Bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, hadisə Mülyuz (Mulhouse) şəhərində baş verib: “Bu şəhərdə yaşayan Vidadi İsgəndərli sentyabrın 29-u səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 07:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar”.

Qeyd edilib ki, V. İsgəndərli indi reanimasiyadadır, vəziyyəti ağır qiymətləndirilir.

Modern.az