İsrailin müdafiə naziri: “İrana cavabımız gözlənilməz olacaq”
İsrailin sabiq müdafiə naziri Aviqdor Liberman Ynet nəşrinə dünənki müsahibəsində İsrailin İran tərəfindən raket hücumuna cavabının necə olmalı olduğu haqqında fikrini bildirib.
İsrail HƏMAS və Hizbullah-a qarşı müharibə aparır, lakin İrana qarşı eyni taktikadan istifadə etmək qeyri-mümündür.
“Biz bir və ya iki gündə iki dalğa şəklində hərəkət etməliyik və bütün əsas hədəfləri məhv etməliyik. Bu hədəflər beş qrupa bölünməlidir. İlk zərbə onların RƏM sistemlərinə endirilməlidir. İkinci hədəf raket və raket qurğuları istehsal edən zavodlar, üçüncüsü energetika kompleksləri, həmçinin onların əsas limanı, dördüncü hədəf qrupu Baş Qərargah və İİKKK-nin obyektləri və nəhayət, beşinci hədəf bütün nüvə kompleksləri olmalıdır”, deyə Liberman bildirib.
Bu, regional müharibəyə səbəb olmaz? Bu suala cavabda sabiq nazir deyib ki, “belə güclü” hərəkət etsək, heç kim müdaxilə etməz. Bundan başqa, bu, İran tərəfindən yeni bir zərbənin qarşısını alacaq.
İsrailin İrana belə bir zərbə endirmək üçün silahı və vasitələri var? Bu suala Liberman belə cavab verib: “Bəli, şübhəsiz”.
Öz növbəsində, İsrailin hazırkı müdafiə naziri Yoav Qalant daha qətiyyətli danışıb. “İrana zərbə ölümcül, dəqiq və gözlənilməz olacaq. Onlar nə baş verdiyini anlamayacaqlar”.