COP 29 konfransında təkbaşına aksiya keçirdi

Noyabrın 15-də zoomüdafiəçi Kamran Məmmədli COP29 iqlim konfransı ərazisində etiraz aksiyası keçirərkən saxlanılıb. O, küçə itlərinin vurulmasına etiraz edib.

Məmmədli “Azərbaycan hakimiyyəti küçələrdə itləri güllələyir!” şüarını qaldırıb. Həmçinin “Könüllülük adı altında gənclərə yaltaqlıq öyrədənlərə istefa!” qışqırıb.

Məmmədli mühafizə xidmətinin əməkdaşları tərəfindən aparılıb. Eyni zamanda Məmmədlini lentə alan iki jurnalist – Aytac Tapdıq və Xəyalə Ağayeva zorakılıqla aksiya yerindən uzaqlaşdırılıb. Qızları zorla COP29 arenasından çıxarıblar və telefonlarını götürüblər.

COP29 təşkilatçılarından şərh almaq mümkün olmayıb.

 

Heyvan hüquqları müdafiəçisi Kamran Məmmədli Bakıda keçirilən COP29 iqlim konfransında saxlanıldıqdan iki saat sonra sərbəst buraxılıb.

Bu barədə Turana onun özü məlumat verib.

Gəncin sözlərinə görə, saxlanıldıqdan  sonra mühafizə işçiləri onu əngəllilərin  tualetinə apararaq,  jnu 1,5 saat orada saxlayıblar.

Bundan sonra Məmmədlini  “arxa yollarla” keçirırək bayıra  çıxarıraraq bir avtomobilə mindiriblər “Məni metronun “Ulduz” stansiyasına aparıb orada düşürdülər”, – Məmmədli qeyd edib.

Ona fiziki təzyiq olub-olmadığını soruşduqda gənc “saxlanıldıqdan sonra yox” cavabını verib.

Lakin o əlavə edib ki, saxlanılarkən zorakılığa məruz qalıb.

“Bədənimdə cızıqlar, qan izləri var”,  deyə o bildirib.

Məmmədli qeyd edib ki, etirazı beynəlxalq ictimaiyyətin diqqətini ilə Bakıda sahibsiz itlərin öldürülməsi probleminə cəlb etmək istəyib.

“Düzdür, hakimiyyət oktyabr ayında bununla məşğul olan “Toplan” mərkəzinin artıq bağlandığını elan etdi. Görünür, bu bəyanat COP29-dan əvvəl hakimiyyətin imicini yaxşılaşdırmaq məqsədi daşıyırdı.

 

 

Amma əslində həmin “Toplan” maşınları, həmib  adamlar polisin müşayiəti ilə itləri kücələrdən yığmaqda  davam edirdi”, –  daha sonra Məmmədli qeyd edib.

O bildirin ki, Toplan mərkəzinin ərazisi ictimaiyyət üçün açıq deyil və orada baş verənlərə ictimai nəzarət yoxdur.

“Digər tərəfdən, hakimiyyət COP29 ilə bağlı qorxu mühiti yaratıb və mən düşündüm ki, bunu aradan qaldırmaq üçün nəsə etməliyik”, – deyə Kərimli öz aksiyasının  başqa səbəbini də izah edib.