70 (+14) kilo qızılı sərhəddən keçirənlər diplomatik statusdan istifadə ediblər – DTX
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıq faktı üzrə araşdırmalar nəticəsində içərisində 14 kiloqram qızıl külçələrin olan daha bir çanta aşkarlanıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.