Paşinyanın ABŞ-ın vitse-prezidenti ilə görüşü
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Vaşinqtonda Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşdü. Görüş zamanı ikitərəfli münasibətlərə dair məsələlər, həmçinin regional gündəlik müzakirə olundu”,- Paşinyanın mətbuat xidməti bildirib.
Paşinyan Vaşinqtonda işgüzar səfərdədir. Bundan əvvəl erməni diasporunun və dini dairələrin nümayəndələrilə görüşlər keçirib.
O həmçinin Vaşinqtonda beynəlxalq dini azadlıq üzrə sammitində iştirak edib.