Azərbaycanda hərbi vəziyyət elan edildi

.

Ölkə başçısı İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib.

Bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib. O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin. H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun. Hərbi vəziyyət zamanı müvafiq icazələrə “ASAN Xidmət” və Daxili İşlər Nazirliyi tərəfindən nəzarət ediləcək.

.

***

.

Azərbaycan Respublikası ərazisində tətbiq ediləcək hərbi vəziyyət dövründə vətəndaşlar xüsusi icazə əsasında küçələrə çıxa biləcək.

H.Hcıyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndi və 111-ci maddəsi rəhbər tutularaq, ölkə başçısı tərəfindən bu qərar verilib:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməsi və Azərbaycan Respublikasına qarşı silahlı hücumları və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr tarixində saat 00:00-dan respublika ərazisində hərbi vəziyyət elan olunub”.

Hərbi vəziyyətin təmin edilməsi məqsədilə “Hərbi vəziyyət” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tədbirlər həyata keçiriləcək:

.

“Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə axşam saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçədə və digər ictimai yerlərdə olması qadağan edilib”.

.

***

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edib.

Trend-in məlumatına görə, hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası çağırılıb.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.

.

Basta