Paşinyan Putindən kömək istədi

Bu gün Ermənistanın baş naziri Nokol Paşinyan telefon vasitəsilə Rusiya prezidenti Vladimir Putinlə danışıb.

.

Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki vəziyyətin kəskinləşməsi müzakirə edilib. Erməni mənbələri məlumat verir ki, danışıqlarda qarşıdurmanın daha da kəskinləşməməsi üçün səylərin artırılması zərurəti və ən əsası “hərbi əməliyyatların dayandırılmasının vacibliyi” qeyd edilib.

Putin münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

.

Türkiyə mənbələri tərəflər arasında baş tutmuş telefon danışığının bəzi detalları barəsində məlumat əldə edib.

Qeyd edilib ki, danışıq zamanı Paşinyan Putindən Kollektiv Təhlükəsizlik Təşkilatının yardımını tələb edib.

İddiaya görə, Rusiya prezidenti döyüşlərin Ermənistan ərazisinda getmədiyini əsas gətirərək yardım tələbini rədd edib.

.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan ordusu nun həta keçirdiyi əks-hücum nəticəsində Qarabağda 7 kənd və bir sıra hərbi əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub, əməliyyat davam edir.

.

Basta