Ermənilər Ağdərədən qaçırlar – VİDEO

.

“Youtube”da  ermənilərin Ağdərədən qaçdığı kadrlar yayılıb.

Kadrlardan göründüyü kimi, ermənilər maşınlarda döyüş bölgəsini təcili tərk etməyə çağırırlar. 

Ətraflı videonu təqdim edirik:

.

***

Ermənistan silahlı qüvvələrinin Ağdərə qarnizonuna təslim olmaq təklif edilib

.

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.

.

Basta