Şimali Koreya etiraf etdi

Şimali Koreya hakimiyyəti ilk dəfə olaraq Ukrayna ilə müharibədə Rusiya tərəfində döyüşmək üçün qoşun göndərdiklərini təsdiqləyib. Şimali Koreyanın dövlət xəbər agentliyinin yaydığı hesabatda deyilir ki, qoşunların Rusiyaya göndərilməsi Kim Çen Inın əmri əsasında qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində həyata keçirilib.

Cənubi Koreyanın “Renhap” agentliyi xəbər verir ki, Şimali Koreya qoşunları “zəfərlə başa çatan” Kursk bölgəsinin azad edilməsi əməliyyatında iştirak edib.

Əvvəllər KXDR hakimiyyəti Şimali Koreya qoşunlarının Rusiya tərəfində döyüşdüyünü inkar edirdi. Lakin aprelin 26-da Rusiya dövlətinin başçısı Ukraynaya qarşı müharibədə Şimali Koreya qoşunlarından istifadə olunduğunu etiraf edib.