Yağış altında “xalqın andiçmə mərasimi”. Belarusda etirazların 50-ci günü necə keçdi
.
Belarusda bu bazar günü keçirilən etiraz mitinqi “xalqın andiçmə mərasimi” adlandırılıb. Medianın hesablamalarına görə, etirazların 50-ci günü Minskdəki nümayişdə etirazçıların sayı əvvəlkilərlə müqayisədə xeyli az olsa da, aksiyada 100 mindən çox insan iştirak edib.
Mitinq şiddətli yağışa və küləyə baxmayaraq dörd saatdan çox davam edib.
.
Etirazçılar bu dəfə Aleksandr Lukaşenkonun iqamətgahına tərəf yox, Elmlər Akademiyasına və oradan Müstəqillik prospektinə doğru gediblər. Beləliklə, ümumilikdə insanlar on kilometrdən çox yol qət ediblər.
Aksiya bitdikdən sonra polis həbslərə başlayıb. İlkin məlumatlara görə, sentyabrın 27-də ölkə daxilində təşkil olunan etiraz aksiyalarında təxminən 140 nəfər saxlanılıb. Ölkənin bölgələrində ən sərt həbslər Gomeldə baş verib – təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
.
Basta