Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi – Yenilənib
23:30
.
Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi
“Dağlıq Qarabağda tammiqyaslı müharibə gedir, erməni tərəfinin itirilmiş mövqeləri var”.
“Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Qarabağ separatçılarının lideri Araik Arutyunyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, baş verənlər indiyə qədər olmamış tammiqyaslı müharibədir. Ömər aşırımından Araza qədər – bütün cəbhə xətti boyu döyüşlər gedir:
“Bu, 2016-nın apreli, Tavuş hadisələri deyil. Bu hazırlıq işləri görülmüş klassik müharibədir”.
.
19:00
.
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.
.
16:00
.
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad etdi – RƏSMİ
.
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.
.
***
Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.
Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
.
15:10
Zakir Həsənov: “Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”
.
“Erməni silahlı bölmələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyalardan atəşə tutub. Nəticədə, itkilərimiz olub, mülki şəxslər yaralanıb”.
Bunu Müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında deyib.
Z.Həsənovun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin ön xətti yarılıb.
“Nəticədə, yeddi kənd – Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatları keçirir”, – deyən Z.Həsənov onu da əlavə edib ki, düşmən böyük itkilər verərək geri çəkilib.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir, ən müasir silahlar tətbiq olunur.
“Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”.
.
14:43
Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.
.
Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:
“Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib.
Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”.