Arif Hacılı: “İrticaya son qoyulmalıdır”

 

Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin bəziləri ilə ölkədəki indiki vəziyyət, xüsusilə siyasi məhbuslar mövzusunda söhbət etmək imkanım olmuşdu. Optimist idilər.

Daha həbslərin olmayacağına, əks prosesin gedəcəyinə inandıqlarını deyirdilər.

Amma belə olmadı.

Həbslər davam edir.
Tofiq Yaqublu barədə hökmün qüvvədə saxlanması, “AbzasMedia” jurnalistlərinə qəsdən adam öldürmə maddəsi ilə əksər hallarda verilən cəzadan daha artıq, 11-12 il həbs cəzası istənilməsi onsuz da ağır olan vəziyyətin daha da pisləşməyə doğru getdiyini göstərir.

Qalib Azərbaycan dövləti hər kəsin susdurulmasına yönələn siyasət, kütləvi həbslər nəticəsində insanların azad və firavan yaşamasının mümkünsüz olduğu ölkəyə çevrilir.

Tariximizdə irtica dövrü kimi qalacaq bu siyasətə son qoyulmalı fundamental insan haqları təmin edilməli, siyasi məhbuslar azadlığa buraxılmalıdır.

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.