Müsavat rəhbərliyi beynəlxalq konfransda iştirak edib

 

İyunun 19-da Müsavat Partiyasının rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidə  keçirilən beynəlxalq konfransda iştirak edib.

Partiyadan verilən məlumatda  bildirilir ki, Avropa Liberal Demokrat İttifaqının (ALDE) partnyor təşkilatları tərəfindən təşkil olunan tədbirdə  Müsavat Partiyasının başqanı İsa Qəmbər, onun müavinləri Səxavət Soltanlı və  Mustafa Hacıbəyli Azərbaycanı yüksək səviyyədə təmsil ediblər.

Səfər çərçivəsində Müsavat Partiyasının nümayəndələri Gürcüstanda dəfn olunmuş bir sıra görkəmli azərbaycanlıların – Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin məzarlarını da ziyarət ediblər.