Pezeşkian: “İran ABŞ-la danışıqlara qayıtmayacaq”
İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi nüvə obyektlərinə endirilən zərbələrə cavab verəcək.
O qeyd edib ki, son hücumlar İsrailin İrana qarşı düşmənçilik fəaliyyətində “əsas amil”in ABŞ olduğunu göstərir.
Pezeşkian əlavə edib ki, Tehran Vaşinqtonla dialoqu alqışlayırdı, lakin ABŞ razılaşmanı pozdu.
BBC-nin məlumatına görə, ötən cümə günü Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçinin avropalı həmkarları ilə görüşündə ona kəskin şəkildə bildirilib ki, Vaşinqton İrandan uranın zənginləşdirilməsi proqramından tam imtina etməsini gözləyir.
Rəsmi Tehran isə tələbi “mülki məqsədlər üçün” uranın zənginləşdirilməsinə dair İranın suveren hüququnun pozulması kimi qiymətləndirir.