Düşmənin ehtiyat qüvvələri məhv edilib (video)

Azərbaycanın Müdafiə Nazirliyi Tonaşen kəndi yaxınlığında (Qarabağın şimalı) düşmənin ehtiyat qüvvələrinin məhv edildiyi haqqında məlumat yayıb.

“Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib”, deyə Müdafiə Nazirliyi bildirib. 

Nazirlik ehtiyat qüvvələrin məhv edilməsinin videogörüntülərini təqdim edib.

Turan