Livandan Qarabağa erməni yaraqlıları gətirilir – Ermənistanın son ümid yeri

Livanda yaşayan ermənilər Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa gətirilir.

.

Bu haqda sosial şəbəkədə erməni mənbələri məlumat yayıb.

.

Bildirilir ki, hazırda Suriyada olan 3000 erməni yaraqlısı da daxil olmaqla, ümumilikdə 5000 nəfər Qarabağa gətiriləcək.

.

Müşahidəçilərin fikrincə, Rusiyadan arzuladığı dəstəyi ala bilməyən Ermənistan Azərbaycan ordusunun hücumu qarşısında son ümid yeri olaraq Livan ermənilərini görür.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki dəfə Rusiya prezidenti Vladimir Putinə zəng etsə də, Moskvadan arzuladığı açıq hərbi dəstəyə hələlik nail ola bilməyib.

.

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatını dayandırmaq üçün Ermənistan Avropa Məhkəməsinə də müraciət edib. Lakin Avropa Məhkəməsi həmin şikayət əsasında sentyabrın 29-da qəbul etdiyi müvafiq qərarda, həm Ermənistan, həm də Azərbaycandan müvafiq hesabatlar tələb etməklə kifayətlənib.

.

Basta