Müsavat başqanından müharibə ilə bağlı yeni təkliflər
Müsavat başqanı Arif Hacılı işğal altında olan Azərbaycan ərazilərinin azad olunması uğrunda ağır döyüşlərin getdiyi indiki şəraitdə təbliğat və informasiya işinin yaxşılaşdırılması üçün bir sıra təklif və tövsiyyələrlə çıxış edib. Arif Hacılı hesab edir ki, Azərbaycanın Rusiyadakı səfiri dəyişdirilməli, İrandan Ermənistana silah ötürülməsi ilə bağlı məlumatlara görə izahat istənilməlidir.
.
Müsavat başqanı özünün təklif və tövsiyyələrini feysbuk səhifəsində təqdim edib:
.
– Xarici İşlər Naziri Türkiyə, Ukrayna, Pakistan, İsrail və Moldovanın Azərbaycandakı səfirləri ilə görüşsün;
– Xarici İşlər Naziri Rusiya, Amerika və Fransa səfirləri ilə görüşsün;
– Azərbaycanın Rusiyadakı səfiri dərhal dəyişdirilsin və ya onun çevik, səmərəli fəaliyyətini təmin etmək üçün konkret təlimatlar göndərilsin;- Rusiya və digər ölkələrdə olan diasporanın səmərəli fəaliyyətinin təşkil edilməsi və koordinasiyası üçün təcili tədbirlər görülsün;
– İran səfirindən bu ölkədən Ermənistana hərbi texnikanın keçirilməsi, İran hərbi texnikasının sərhəddimizə toplanması barədə yayılan məlumatlarla bağlı izahat tələb edilsin;
– Döyüş bölgəsindəki vəziyyətə dair, xüsusilə izahat və təhlil tələb edən məlumatlar yalnız təcrübəli dövlət xadimləri tərəfindən yayılsın;
– Azərbaycana qarşı qərəzli mövqe tutmamış beynəlxalq KİV nümayəndələri ölkəmizə dəvət edilsin, onların, həmçinin Azərbaycandan olan beynəlxalq KİV nümayəndələrinin döyüş bölgəsində fəaliyyətinə şərait yaradılsın;
– Bakıda yerli və beynəlxalq mətbuat nümayəndələri üçün mətbuat konfransları keçirilsin;
– Beynəlxalq mətbuatda son döyüş əməliyyatlarının mahiyyəti barədə rus, ingilis və başqa dillərdə çıxışlarının intensivliyi artırılsın;
– İnternetin sürətinin azaldılmasının xüsusilə rus və ingilisdilli şəbəkələrdə gedən diskussiyalarda mövqeyimizi zəiflətdiyi nəzərə alınsın;
– Milli birlik əhvalının pik dövrünü yaşadığımız indiki məqamda televiziya kanallarında müxalifətə qarşı təşkil edilən təbliğat kampaniyası dayandırılsın.
.
Basta