Trampdan İran xalqına çağırış: “Mübarizəni davam edin, yardım yoldadır”
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı iranlıları etirazları davam etdirməyə çağırıb və təfərrüata varmadan yardımın artıq yolda olduğunu bildirib. Bu çağırış, İranın klerikal elitasının son illərin ən böyük etiraz aksiyalarını zorakılıqla yatırmaqda davam etdiyi bir vaxtda səsləndirilib.
“İranlı vətənpərvərlər, ETİRAZLARI DAVAM ETDİRİN — ÖZ QURUMLARINIZI ƏLƏ KEÇİRİN!!!… YARDIM ARTİQ YOLDADIR”, — Tramp Truth Social sosial şəbəkəsində paylaşımında yazıb.
O, əlavə edib ki, etirazçılara qarşı “mənasız qətllər” dayandırılmayana qədər İran rəsmiləri ilə planlaşdırılan bütün görüşləri ləğv edib.

