ManşetSiyasət

Ərdoğan Bakıya gəldi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfərə gəlib.

TRT-nin məlumatına görə, Ərdoğanı Bakı Beynəlxalq Aeroportunda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və müdafiə naziri Zakir Həsənov qarşılayıblar.

Türkiyə prezidentinin Bakıya səfəri 8 Noyabr – Zəfər Günü ilə bağlı keçirilən tədbirlərlə əlaqədardır.

Səfər çərçivəsində Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də gözlənilir.