Sərhəddə görüş
Noyabrın 30-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü başa çatıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Görüşdə komissiyalar arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb: “Tərəflər həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”.
Hələlik, növbəti görsün tarixi açıqlanmır.
***
Bu gün Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında görüş keçiriləcək.
Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan bölgəsi sərhədində baş tutacaq gürüşdə anklav ərazilər və sərhədlərin demarkasiyası məsələsinin müzakirə ediləcəyi bildirilir.