GündəmManşet

Həbsdəki jurnalist ağır əməliyyatdan sonra təcridxanaya qaytarılır

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aynur Elgünəş ağır cərrahiyyə əməliyyatı keçirib. Amma əməliyyatdan sonra onu  yenidən Kürdəxanıda yerləşən 1 saylı Baki İstintaq təcridxanasına qaytarmaq istəyirlər. 

Bu haqda vəkil Zibeydə Sadıqova özünün feysbuk səhifəsində yazıb: “Halbuki əməliyyatdan sonra bir müddət həkim nəzarətində qalmalı, xüsusi qulluğa ehtiyacı olduğu üçün tibb bacılarının xidməti təmin edilməli, bədənində yaranın şişlərin, dərisindəki qançırların mənşəyi öyrənilməli idi” .

“Fiziki məhdudiyyətli, 20 dəfə əməliyyat olunmuş, təzyiq xəstəsi olan şəxsin bir gün içində yenidən Kürdəxanıya qaytarmağın mənası nədir? Həkim müayinəsindən məhrum etməyin adı nədir?” – deyə, vəkil bildirib. 

Zibeydə Sadıqova əlavə edib ki, penitensiar xidmətin əməkdaşları Aynur Elgünəşin hospitalda öz yaxınları ilə görüşməsinə imkan verməyib: ” Bütün əməliyyat və saxlanma şəraiti tam məxfi saxlanıldı. Aynurun bir müddət tam həkim nəzarətinə ehtiyacı var”.

Basta