Yerevanda mitinq davam edir
“Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhərədək hökumət binasının yaxınlığındakı Respublika Meydanını tərk etməməyə qərar veriblər”.
Kavkazskiy Uzel saytı yazır ki, gecə saatlarında və səhərə yaxın etirazçılar meydanda olublar.
Saytın xəbərində deyilir ki, etirazçılar çərşənbə günü – 23 dekabrda Respublika meydanında genişmiqyaslı mitinqə davam edəcəklərini bəyan ediblər.
Yerevanda çərşənbə axşamı günü Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar gün ərzində Hökumət Evi ilə yanaşı Baş Prokurorluq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları etirazçıların mühasirəsində qalıb. Lakin axşama doğru onlar “müvəqqəti olaraq” inzibati binaların ətrafından çəkiləcəklərini bildiriblər.
Yerevan: Nümayişçilər meydanda gecələyir
Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçıların bir hissəsi meydanda gecələyir, müxalifət liderləri ölkə boyunca itaətsizlik və etiraz aksiyalarının davam etdiriləcəyini bildirirlər.
Gün ərzində Hökumət Evi ilə yanaşı Baş Prokurorluq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları etirazçıların mühasirəsində qalıb. Lakin axşama doğru onlar “müvəqqəti olaraq” inzibati binalar ətrafından geri çəkiləcəyini bildiriblər.
Etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.
Müxalifət liderləri Nikol Paşinyanın istefaya çıxmasının dörd yolunu açıqlayıblar.
Bu barədə paytaxtın Respublika Meydanında çıxış edən Daşnaksutyun partiyasının nümayəndəsi deyib. İşxan Sağatelyan sözlərinə görə, Baş naziri istefaya məcbur etmənin dörd yolu ola bilər.
Birinci halda, Paşinyan özü istefaya çıxır; ikincisində parlament növbədənkənar iclasda müvafiq qərar qəbul edir; üçüncüsündə, dövlətə xəyanətlə bağlı cinayət işi açılır; dördüncüsündə, hökumət, nazirlərin əksəriyyətinin (üçdə iksinin) tələbi ilə fövqəladə toplantı çağırır.
Çərşənbə axşamı günü müxalifət liderləri Nikol Paşinyanın mənsub olduğu “Mənim Addımım” parlament fraksiyasını danışıqlara çağırıblar.
Mitinqdə çıxış edən Daşnaksutun partiyasının üzvü Geğam Manukyan “Mənim Addımım” fraksiyasında təmsil olunan deputatlara təzyiq olaraq onların siyahısını oxuyub. O, millət vəkillərinin telefon nömrələrini hələ açıqlamayacağını desə də, bunu tam istisna etməyib.
Müxalifət güc nazirliklərinin bir sıra yüksək rütbəlisinin istefaya çıxdığını bildirir.
Bu arada etiraz aksiyaları Yerevanda və Ermənistanın başqa şəhərlərində davam edir.
Paytaxtı Şimal və Şimal-Şərqlə bağlayan Yerevan-Vanadzor və Yerevan-İcevan yolları etirazçılar tərəfindən kəsilib, agentliklər xəbər verir.
Etiraz aksiyasına 20-yə yaxın şirkət, Yerevan Dövlət Universitetinin bir neçə fakültəsi, Tibb Universiteti və Vəkillər Palatası qoşulub.
Müxalifət həmçinin ümumrespublika tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.
Etirazlar Ermənistan Baş naziri ilə Azərbaycan və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağda atəşkəs haqqında bəyanat imzalandıqdan sonra başlayıb.
Ermənistanda bir çoxları bu razılaşma nəticəsində erməni tərəfin Azərbaycana xeyli ərazi güzəşt etdiyi, Nikol Paşinyanın isə kapitulyasiya sənədi imzaladığını deyirlər.
Müxalif partiyalar ilk növbədə nazir Paşinyanın istefaya çıxmasını, daha sonra yeni parlament seçkiləri keçirməyi tələb edirlər. Seçkilərə qədər keçid dövründə isə müxalifət baş nazir vəzifələrinin icrasını Vazqen Manukyana həvalə etməyi təklif edir.
73 yaşlı Vazqen Manukyan vaxtilə, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil Ermənistan Respublikasının Baş naziri və müdafiə naziri olub.
Vazqen Manukyan hesab edir ki, yaranmış daxili siyasi böhrandan çıxmaq üçün müvəqqəti hökumət yaradılmalıdır və bu hökumətin vəzifəsi danışıqlar yolu ilə atəşkəs haqqında bəyanatdakı qeyri-müəyyən məqamlarının Ermənistan üçün sərfəli hala gətirilməsinə nail olmaq və təhlükəsizlik məsələlərinin – ordunun döyüş qabiliyyətinin bərpası, müasir ordu yaratmaq, Rusiya ilə xüsusi münasibətlər yaratmaq və Qarabağ üzrə danışıqlar prosesinə qayıtmaq – olmalıdır.
BBC