COVİD-19-a yoluxanların sayı kəskin artıb
Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 277 yeni hal qeydə alınıb, 64 nəfər sağalıb, 3 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma ilə bağlı 42381 fakt aşkar edilib. Onlardan 39 468 nəfər müalicə olunub, 612 nəfər vəfat edib, 2301 nəfər aktiv xəstə müalicəsini davam etdirir.