ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar
Təşkilatın saytında bildirilib ki, həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıblar.
Həmsədrlər mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu bir daha vurğulayıblar.
Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.
Həmsədrlər qeyd ediblər ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyirlər.